AZ

Xankəndidə “Qış nağılı” bayram yarmarkası fəaliyyətə başlayıb

Xankəndi, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində bayram ovqatlı "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur. Yarmarka yanvarın 5-dək davam edəcək.

Seçilən
51
20
azertag.az

10Mənbələr