AZ

Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yanvarın 5-dək davam edəcək yarmarka Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə artıq 2-ci dəfədir, keçirilir.

Yarmarka şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.

"Cebheinfo.az"

Seçilən
41
20
cebheinfo.az

10Mənbələr