ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Qarşıdakı illərdə İranda əhalinin azalması tendensiyası ən böyük böhranlardan birinə çevriləcək.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran daxili işlər naziri İsgəndər Momeni bildirib.
“Azalma tempi və sürəti davam edərsə, 2101-ci ildə ölkə əhalisi 40 milyon nəfərdən aşağı düşəcək. Bu, böyük fəlakət və bir ölkəni təhdid edən ən böyük təhlükə deməkdir”, - nazir vurğulayıb.
Qeyd edək ki, hazırda İran əhalisinin sayı təxminən 86 milyondur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.