AZ

Səudiyyə klubları "Fənərbağça"nın ulduzunu istəyir - ƏTRAFLI

Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Əhli” klubları “Fənərbağça”nın hücumçusu Yusuf En-Nesiri ilə yaxından maraqlanır.

Fanat.Az xəbər verir ki, hər iki klub mərakeşli futbolçunun transfer vəziyyətini diqqətlə izləyir.

“Fənərbağça” rəhbərliyi isə En-Nesirinin mümkün transferi üçün yüksək məbləğ müəyyənləşdirib. İstanbul təmsilçisinin 27 yaşlı hücumçu üçün tələbi 35 milyon avrodur. Klub futbolçunu yalnız bu məbləğə yaxın təklif olacağı halda satmağa hazırdır.

Yusuf En-Nesiri cari mövsümdə “Fənərbağça” forması ilə 25 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun stabil çıxışı onun transfer bazarındakı dəyərini daha da artırıb.

Qeyd edək ki, məlumatı “Fichajes” yayıb.

Kamil Xudiyev

Seçilən
2
1
fanat.az

2Mənbələr