AZ

BDU-nun 4 korpuslu 17 mərtəbəli bina baximsiz vəziyyətdə - ŞİKAYƏT

Lift işləmir, zirzəmiyə su yığılır, bina baxımsız vəziyyətdədir.

Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə paytaxtın Yasamal rayonu Mirəli Seyidov 19 ünvanındakı Bakı Dövlət Universitetinin yaşayış kompleksinin sakinləri müraciət ediblər. 4 korpuslu 17 mərtəbəli binanın sakinləri həm də binanın idarəedilməsindən narazıdırlar.

Onlar deyirlər ki, sakinlər müştərək cəmiyyət yaratsalar, problemləri həll edə bilərlər.

BDU-nun mənzil tikinti koperativinin sədri Hikmət Cəfərovla elə binanın birinci mərtəbəsindəki ofisində görüşdük. Hikmət Çəfərov qeyd etdi ki, bina inşa olunan zaman tikililər yaxşı izolyasiya olunmadığından zirzəmiyə su yığılır. O digər iddialarla razılaşmadı.

Lift probleminə gəlincə, Hikmət Cəfərov qeyd edib ki, təmirə ehtiyacı olanlara aidiyyəti qurum tərəfindən baxış keçirilir. Bu müddət ərzində həmin liftlərin fəaliyyəti müvəqqəti dayandırılır, təmirdən sonra yenidən istifadəyə verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
24
xezerxeber.az

1Mənbələr