Rusiya prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini ziyarət edib.
Missiya.Az APA-ya xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin komanda məntəqəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Putinə "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti -red) Dimitrov şəhərinin, Zaporojye vilayətinin Qulyaypole şəhərinin ələ keçirildiyi məruzə olunub.