İngiltərə Premyer Liqasında 18-ci turun oyunıarı davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün “Arsenal” doğma meydanda “Brayton”u qəbul edib. Qarşılaşma “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən “Arsenal” liderliyi “Mançester Siti”nin əlindən alıb. 24 xalı olan “Brayton” isə 12-ci yerdədir.