AZ

Yaponiyalı boksçu Naoya İnue titulunu altıncı dəfə müdafiə etdi

Yaponiyalı boksçu Naoya İnue ikinci ən yüngül çəki dərəcəsində (55.22 kq-a qədər) mütləq dünya çempionu titulunu altıncı dəfə müdafiə edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Məlumata görə, yaponiyalı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində meksikalı David Pikassonu məğlubiyyətə uğradıb.

Döyüş tam 12 raund davam edib və hakimlər yekdilliklə qələbəni İnueyə veriblər: 119-109, 118-110, 117-111.

Qeyd edək ki, yapon boksçu artıq peşəkar rinqdə 32 qələbə qazanıb və heç vaxt məğlub olmayıb.

"Cebheinfo.az"

Seçilən
33
2
cebheinfo.az

3Mənbələr