ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qeyri-sabit hava şəraiti səbəbindən ABŞ-də son sutka ərzində 12 000-dən çox uçuş ləğv edilib və ya gecikib.
Oxu.Az xəbər verir ki, bunu "FlightAware"in məlumatları sübut edir.
Məlumata görə, ötən gün axşam saatlarında 8 900 uçuş təxirə salınıb, daha 1 710 uçuş isə ləğv edilib. Bu gün isə 637 uçuş ləğv edilib, daha 1 245 uçuş isə təxirə salınıb.
Ən çox ləğv və gecikmə "JetBlue" və "Delta Airlines" şirkətlərinin reyslərində qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.