AZ

Xəstəlikdən vəfat etdi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"The Cure" qrupunun gitaristi Perri Bamento vəfat edib.

Axşam.az xəbər verir ki, musiqiçi  65 yaşında qısa sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.

Qeyd edək ki, Perri 1984-cü ildə Robert Smitin gitara texniki kimi qrupa qoşulub, 1990-cı ildən isə rəsmi üzv olub. O, 14 il ərzində 400-dən çox konsert verib.

2005-ci ildə qrupdan ayrıldıqdan sonra "Love Amongst Ruin" layihəsinə qoşulub. 2022-ci ildə yenidən "The Cure" qrupuna qayıdaraq 90-dan çox konsertdə, o cümlədən 2024-cü ildə Londondakı böyük konsertdə səhnəyə çıxıb. Musiqiçi ailəli idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
axsam.az

2Mənbələr