AZ

Polşa iki il ərzində PUA lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır

ain.az bildirir, Apa.az portalına istinadən.

Polşa iki il ərzində şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa çatdırmağı planlaşdırır.

APA xəbər verir ki, bunu "The Guardian" qəzetinə müsahibəsində müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.

"Biz gözləyirik ki, sistemin ilkin imkanlarından təxminən yarım ildən sonra, bəlkə də, daha tez istifadə edə biləcəyik. Tam sistemin yaradılmasının başa çatdırılması üçün 24 ay lazım olacaq," – deyə o qeyd edib.

Tomçik bildirib ki, yeni hava hücumundan müdafiə sistemləri on il əvvəl qurulmuş köhnə müdafiə xəttinə inteqrasiya olunacaq. Nazir müavininin sözlərinə görə, bu xətt çoxsəviyyəli olacaq və pulemyotlar, toplar, raketlər, həmçinin PUA-ları boğma sistemlərini özündə birləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
apa.az

4Mənbələr