Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Vaşinqton, 28 dekabr, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Texas və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, 50-dən çox şəxs ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.