AZ

Myanmada hərbi çevrilişdən sonra ilk seçki keçirilir

Myanmada 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra ilk dəfə ümumi seçkilər keçirilir.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, səsvermə ölkə ərazisinin yalnız bir hissəsində təşkil olunub. Davam edən silahlı qarşıdurmalar səbəbindən bir çox bölgədə seçkilər ləğv edilib. Məlumata əsasən, seçkilər əsasən hərbi rəhbərliyə yaxın siyasi qüvvələrin nəzarətində keçirilir.

BMT və beynəlxalq insan haqları təşkilatları seçkilərin azad və ədalətli keçirilmədiyini bildirərək prosesi tənqid ediblər. Müxalif qüvvələr və vətəndaş cəmiyyəti nümayəndələri isə seçkiləri legitim hesab etmədiklərini açıqlayıblar.

Qeyd edək ki, Myanmada 2021-ci ildə hərbi çevriliş nəticəsində mülki hökumət devrilib və ölkədə fövqəladə vəziyyət elan olunub. Seçkilər hərbi rejimin legitimlik qazanmaq cəhdi kimi qiymətləndirilir.

Zeynəb Rzayeva

Seçilən
52
1
bakivaxti.az

2Mənbələr