AZ

Nura Suridən Roza Zərgərli barədə şok açıqlama: “Heç salamlaşmamışıq da”

“Mənim kiminləsə yaxşı münasibətim olmasa belə, hətta bir-birimizdən zəhləmiz də getsə, yenə də haqqını tapdalamaram - yaxşıdırsa, yaxşı deyərəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

O deyib ki, neçə vaxtdır kənardan sənət yoldaşı Roza Zərgərlinin ölkə xaricində gördüyü münasibəti, sevgini və hörməti müşahidə edir.

“O gün Malaxov onun əlini öpüb ona heyranlıqla baxırdı. Bütün bunları görüb bir azərbaycanlı ifaçının uğuruna sevinməmək və yaxud görməzdən gəlmək yalnız paxıllıqdan qaynaqlana bilər.

Şəxsən mən Roza Zərgərlinin uzun müddətdir ölkə xaricində qazandığı uğurlara sevinirəm. Özü ilə də heç vaxt yaxşı münasibətimiz olmayıb, bir-birimizi görəndə heç salamlaşmamışıq da. Ard-arda çıxardığı mahnıları da, geyim tərzi də çox zövqlüdür. İllərdir milyonlarla pul xərcləyib layihələr edən, “mənəm-mənəm” deyən ifaçılar belə, ölkə xaricində bu cür uğur qazana bilməyiblər”, - Nura Suri vurğulayıb.


Telegram kanalımız
Seçilən
42
6
yenisabah.az

7Mənbələr