AZ

Tramp-Zelenski görüşü irəli çəkildi

Bu gün Floridada Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında gözlənilən gürüşün vaxtı dəyişdirilib.

Məlumatı Ağ Evin mətbuat mərkəzi açıqlayıb. Liderlər arasında görüş əvvəlcə Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılmışdı. Lakin danışıqlar indi iki saat tez başlayacaq.

Yeni cədvələ əsasən, Tramp Zelenski ilə yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 21:00) ikitərəfli görüşdə iştirak edəcək. Bu o deməkdir ki, liderlərin görüşü əvvəlcə planlaşdırılandan iki saat tez baş tutacaq. Görüşün irəli çəkilməsinin səbəbi açıqlanmayıb.

Musavat.com

Seçilən
22
editor.az

1Mənbələr