AZ

Azərbaycan QHT-lərinin müstəmləkəçiliyə qarşı mübarizədə və BMT müstəvisində əldə etdiyi nəticələr - IV YAZI:

QHT SEKTORUNUN 2025-ci ildəki UĞURLARI- TOP 10/4

IV YAZI: Azərbaycan QHT-lərinin müstəmləkəçiliyə qarşı mübarizədə və BMT müstəvisində əldə etdiyi nəticələr

2025-ci ildə QHT sektorunun tərəqqisini, əldə etdiyi nailiyyətləri əks etdirən nəticələr, layihələr haqqında məlumatları paylaşmaqda davam edirik 

2025-ci ildə Azərbaycan QHT-ləri müstəmləkə və ya neokolonial hakimiyyət altında olan ərazilərdə dekolonizasiya, öz müqəddəratını təyinetmə və insan hüquqlarını təşviqi, BMT müstəvisində ölkəmizlə əlaqədar məsələlərin qaldırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal olublar. Azərbaycan QHT sektoru üçün əlamətdar sayılacaq nəticələr əldə edilib. 

İlk dəfə BMT Baş katibi öz hesabatında Azərbaycan QHT-nin hesabatına istinad edib.

Bakı Təşəbbüs Qrupunun (BIG) hesabatı BM Baş katibinin 2025-ci il üçün "Afrika əsilli insanlar üçün ikinci beynəlxalq onilliyin tətbiqi gündəliyi" adlı hesabatına daxil edilib.  Baş katibin hesabatında vurğulanıb ki, BTQ qlobal vətəndaş cəmiyyəti subyektləri arasında kiçik adalarda yaşayan xalqların dekolonizasiyası və müstəqilliyi uğrunda çalışan yeganə qeyri-hökumət təşkilatıdır.

Qeyd edək ki, 2025-ci ilin may ayında BTQ  Afrika Əsilli İnsanlar üçün İkinci Beynəlxalq Onilliyi çərçivəsində fəaliyyəti ilə bağlı hesabatını BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinə təqdim edib.

35 ildə ilk dəfə “Qarabağ İtkin Ailələri” İB BMT-nin Avropa Ofisində qəbul edilib

“Qarabağ İtkin Ailələri” İB son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib. 2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib. Görüşdə bildirilib ki,  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb. Onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşüb.  İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etmir. BMT bu istiqamətdə Ermənistanı cavabdeh saxlamalıdır.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi ilə geniş əməkdaşlıq qurulub

Bu il BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Nyu-Yorkdakı sessiyasına Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəvət olunub. 2025-ci il mayın 29-da Nyu Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib  Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətini qəbul edib.  Dima Al-Khatib 2025-ci il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasını alqışladığını bildirib

Cari ildə, iyunun 18-19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qlobal Cənub QHT Platformasının Baş katibi Ramil İskəndərli, Azərbaycandan bir sıra QHT təmsilçiləri Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyasında iştirak ediblər.

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb.

2025-ci il martın 27-də BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb. Diqqətə çatdırıb ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub.

 

 

 

Seçilən
27
2
qht.az

3Mənbələr