AZ

Vitinya PSJ nin Messi və Neymar dövrü barədə: Özümüzü bir komanda kimi hiss etmirdik

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

PSJ-nin yarımmüdafiəçisi Vitinya argentinalı Lionel Messi və braziliyalı Neymarın dövründə komanda atmosferi haqqında danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "A Bola"ya açıqlama verib:

"Çox şey baş verdi, amma bu barədə danışmaq istəmirəm. Özümüzü komanda kimi hiss etmirdik. Hər kəs özü üçün qaçır. hər kəs özü üçün oynayırdı. Meydanda nə etdiyimizi bilmədiyimiz bir il idi. Hələ çox gənc idim, yeni gəlmişdim. Çətin idi. Bu oyunçuları idarə etmək çətin idi".

Qeyd edək ki, Messi 2023-cü ildə PSJ-dən ayrılaraq "İnter Mayami"yə üz tutub. Neymar da 2023-cü ildə Paris klubun gedib və hazırda Braziliyada "Santos"un formasını geyinir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
sport24.az

1Mənbələr