AZ

Papoyan: Ermənistan bəzi məhsulları Azərbaycana ixrac edə bilər

BAKI, 28 dekabr. TELEQRAF

"Yaxın zamanda təkcə Azərbaycanın Ermənistandan yeni idxal həyata keçirməsi deyil, həm də Ermənistanın Azərbaycana məhsul ixrac etməsi mümkündür".

Teleqraf xəbər verir ki, barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərlə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, “sadəcə idxal deyil, ixrac da mümkündür, hər şey mümkündür:

"Gürcüstan dəmir yolu ilə kifayət qədər rəqabətli qiymət əldə olunub, imkanlar genişdir. Hesab edirəm ki, yaxın zamanda Gürcüstan və Azərbaycan tərəfi növbəti uğurlu ticarət əməliyyatı barədə açıqlama verəcək, biz də bunu təsdiqləyəcəyik”.

Papoyanın sözlərinə görə, aparılan araşdırmalar Ermənistanın hazırda ixrac etdiyi və Azərbaycanın isə idxal etdiyi bir sıra məhsullar üzrə ticarət imkanlarının mövcud olduğunu göstərir. O, mümkün ixrac nomenklaturasına alüminium və alüminium folqa, ferromolibden, canlı heyvanlar, meyvə-tərəvəz, bəzi içkilər və müxtəlif tekstil məhsullarının daxil olduğunu qeyd edib.

Papoyan vurğulayıb ki, iqtisadi əlaqələrin bərpası qarşılıqlı maraqlara uyğundur və bu istiqamətdə praktiki imkanlar mövcuddur.

Seçilən
41
teleqraf.com

1Mənbələr