TƏRTƏR, 28 dekabr. TELEQRAF
Tərtərdə baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub. Baş verən qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.