AZ

Tuskdan xəbərdarlıq: Ukraynanın təhlükəsizliyi Polşanın da təhlükəsizliyidir

Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə bağlı sülh danışıqlarında əsas məqamın təhlükəsizlik zəmanətləri olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa liderləri və Kanadanın baş naziri ilə telefon danışığı zamanı tərəflər bu məsələdə ortaq mövqeyə gəliblər.

“Təhlükəsizlik zəmanətləri Ukrayna üçün həlledici əhəmiyyət daşıyır. Bu zəmanətlər konkret və etibarlı olmalıdır. Belə təminatlar eyni zamanda Polşa üçün də daha böyük təhlükəsizlik deməkdir”, – deyə Tusk vurğulayıb.

O qeyd edib ki, müzakirələrə Skandinaviya ölkələri, Kanada, Niderland və NATO da qoşulub. Baş nazir əlavə edib ki, ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra müzakirələr davam etdiriləcək.

Seçilən
36
nocomment.az

1Mənbələr