AZ

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 31Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında uşaqlar, ocümlədən ittifaq üzvlərinin və şəhidlərimizin övladları üçün bayramşənlikləri təşkil edib, görüşlər keçirib.

AHİK-dən Trend-əverilən məlumata görə, tədbirlər işğaldan azad edilmiş əraziləri -Qarabağ və Şərqi Zəngəzuru da əhatə edib. Doğma yurdlarına qayıdanailələrin övladları ilə keçirilən görüşlər xüsusi rəmzi mənadaşıyıb, uşaqların öz torpaqlarında bayramı qeyd etməsi şənliklərədaha fərqli ab-hava qatıb.

Xankəndi və Şuşa şəhərlərində, eyni zamanda Cəbrayıl, Füzuli,Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Xocalı və Zəngilan rayonlarında baştutan bayram tədbirlərində çıxış edən AHİK nümayəndələriməktəbliləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrikedib, onlara təhsillərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, dövlətimiz tərəfindən işğaldan azad olunanərazilərimizdə yaradılan müasir infrastruktur və sosial şəraitşagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almalarına vəhərtərəfli inkişafına geniş imkanlar yaradır.

Bayram tədbirlərində gələcəyin vətənpərvər, dərin zəkalı,intellektual gəncliyi olacaq bugünkü uşaqların yüksək səviyyədətəhsillə təmin edilməsi, layiqli vətəndaş kimi yetişməsiistiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılangenişmiqyaslı işlərdən, eləcə də birinci xanım Mehriban Əliyevanınrəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyilayihələrdən bəhs olunub.

Vurğulanıb ki, uşaqlara diqqət göstərilməsi, onların asudəvaxtının maraqlı və yaddaqalan təşkili həmkarlar ittifaqlarınınfəaliyyət istiqamətlərindəndir və bu məqsədlə müxtəlif sosiallayihələr həyata keçirilir.

Tədbirlər zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlərsəsləndirib, bayram əhval-ruhiyyəsində çıxışlar edib, doğmatorpaqlarda yaşamağın sevincini bölüşüblər.

Bayram şənlikləri sağlamlıq imkanları məhdud və xüsusi qayğıyaehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə dəkeçirilib.

AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
Məqalədə:
Seçilən
27
15
az.trend.az

10Mənbələr