“Atletiko”nun sabiq futbolçusu Renan Lodi karyerasını Braziliyada davam etdirəcək.


Rekord.az xəbər verir ki, o, “Atletiko Mineyro”ya keçib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lodi ilə anlaşmanın detalları açıqlanmayıb.


Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü daha əvvəl “Atletiko” ilə yanaşı, Marsel “Olimpik”ində, “Nottingem Forest”də, “Əl Hilal”da da çıxış edib.