AZ

Bakıda restoranda müğənni oxuyarkən DAVA DÜŞDÜ – gərgin anlar kameraya düşdü - VİDEO

Bakıda fəaliyyət göstərən restoranlardan birində müğənninin canlı ifası zamanı gözlənilməz insident baş verib. İfa davam edərkən zaldakı şəxslər arasında gərginlik yaranıb və hadisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.

Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Videoda müştərilərin bir-birinə fiziki müdaxilə etdiyi, ətrafdakıların isə onları sakitləşdirməyə çalışdığı görünür.

İnsidentin dəqiq səbəbi hələlik məlum deyil. Məsələ ilə bağlı rəsmi qurumlar və ya restoran rəhbərliyi tərəfindən açıqlama verilməyib. Sosial media istifadəçiləri isə yayılan görüntülərə müxtəlif reaksiyalar bildirərək hadisəni tənqid ediblər.

Musa
Milli.Az

Seçilən
67
2
milli.az

3Mənbələr