AZ

HƏMAS ı Avropadan maliyyələşdirən imam tutuldu

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fələstinlilərə yardım adı altında HƏMAS-ı maliyyələşdirən təşkilatların təsisçisi İtaliyada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşəri məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs "Fələstin Xalqı ilə Həmrəylik Xeyriyyə Assosiasiyası" (onun Genuya və Milan filialları) və Milandakı "Qızıl Günbəz" birliyinin rəhbəri Məhəmməd Annun adlı imamdır.

İstintaq onun HƏMAS-ın xarici qanadının üzvü və terror təşkilatının İtaliya bölməsinin rəhbəri olduğunu bildirib.

Annun Fələstin əhalisinə humanitar yardım adı altında toplanan vəsaitin əhəmiyyətli bir hissəsini (71%-dən çox) birbaşa HƏMAS-ı maliyyələşdirmək üçün istifadə etməkdə ittiham olunur.

Onun 2001-2023-cü illərdə öz fondlarından HƏMAS-a birbaşa və ya dolayı yolla ümumilikdə 7.3 milyon avro göndərdiyi qeyd olunur.

Məhəmməd Annunla birgə 9 nəfər ittiham olunur. Onlardan 7-si hazırda saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
axar.az

2Mənbələr