
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.