Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, “Mercedes”də olan sürücü və sərnişinin adları belədir:
Zalov Rafiq Piraslan oğlu 1971-ci il təvəllüd.
Zalova Zəminə fərman 1974 -cü il təvəllüd.
***
Tərtərdə baş vermiş yol qəzası nəticəsində üç nəfər xəsarət alıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
