AZ

2025-ci ildə süni intellektin formalaşdırdığı milyarderlər – SİYAHI

2025-ci il AI sektorunda rekordlarla yadda qaldı. Forbes-in məlumatına görə, süni intellekt sahəsində dəyər artımı və iri investisiya raundları nəticəsində 50-dən çox sahibkar ilk dəfə milyarderlər siyahısına daxil olub.

Valyuta.az xəbər verir ki, ilin ən böyük dönüş nöqtəsi Çinli DeepSeek startapının açıq mənbəli modelinin uğuru olub, qurucusu Lin Venvfenin sərvəti 11,5 mlrd dollara yüksəlib.

Anthropic (Claude) isə bu il 16,5 mlrd dollar sərmayə cəlb edərək dəyərini 183 mlrd dollara qaldıra bilib, şirkətin bütün 7 həmtəsisçisi isə milyarderə çevrilib.

AI-yə sərmayə axını sürətlənməkdə davam edir. 2025- ci ildə 200 mlrd dollardan çox kapital məhz AI-yə yönəlib ki, bu, 2024-ci illə müqayisədə 16% artım deməkdir.

Bundan başqa böyük texnologiya şirkətləri də infrastruktur yarışına daxil olub. “OpenAI”, “SoftBank” və “Oracle” 500 mlrd dollarlıq “Stargate” data-mərkəzi layihəsinə, “Meta” və “Microsoft” isə hər biri 65 mlrd dollardan çox yatırımlara imza atıb.

Ən çox diqqət çəkən yeni milyarderlər:

AdSərvət ($)Şirkət
Edvin Çen18 mlrdSurge AI
Lyusi Quo1,4 mlrdScale AI
Mati Stanişevski & Pyotr Dabkovski1,1 mlrdElevenLabs (AI səs modeli)
Mercor-un qurucuları (22 yaşlı)2,2 mlrd (hər biri)Data təlim platforması (Mercor)
Cursor-un qurucuları1,3 mlrd (hər biri)AI kod-yazma aləti (Cursor)
26.12.2025

AzPost.az

Seçilən
22
1
azpost.info

2Mənbələr