AZ

Cəbrayıl şəhərinə və Horovlu kəndinə də qar yağdı - FOTO

Cəbrayıl şəhərinə və Horovlu kəndinə qış mövsümündə ilk qar yağıb, ağ örpəyə bürünən şəhər və kəndin gözəlliyi diqqət çəkib.

Bizim.Media xəbər verir ki, gecə saatlarında başlayan qarın hündürlüyü təxminən 3 santimetrə qədərdir.

Ağ örpəyə bürünən şəhərin ən çox sevinənləri isə balaca sakinləri olub. Hazırda da şəhərə qarın yağması davam edir.

Şəhərlə yanaşı rayonun Horovlu kəndinə də mövsümün ilk qarı yağıb. Sakinlər uzun ullərdən sonra ilk qarın sevincini öz doğma kəndlərində yaşayıb.










Bizim.Media

Seçilən
44
5
bizim.media

6Mənbələr