AZ

Dekabrın 29-na gözlənən hava: 15 dərəcə şaxta

Dekabrın 29-na gözlənən hava: 15 dərəcə şaxta

Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1–3° isti, gündüz 6–9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80–85%, gündüz isə 60–65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5–9° isti, dağlarda gecə 5–10° şaxta, yüksək dağlıq ərazilərdə 10–15° şaxta, gündüz isə 1–6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Seçilən
23
25
afn.az

10Mənbələr