AZ

Dronlar neft zavodunu hədəf aldı: Rusiyanın altı bölgəsinə HÜCUM

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Samara vilayətində yerləşən Syzran neftayırma zavoduna hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, 28 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiyanın ümumilikdə altı regionuna dron hücumu həyata keçirib. Əsas zərbə Samara vilayətinə yönəlib və hava hücumundan müdafiə qüvvələri burada 12 pilotsuz uçuş aparatını məhv edib.

Rusiya və Ukrayna monitorinq kanallarının yazdığına görə, hücumun əsas hədəfi illik 8,5 milyon ton gücündə olan, "Rosneft" şirkətinə məxsus Syzran neftayırma zavodu, eləcə də bölgədə yerləşən elektrik yarımstansiyası olub.

Rəsmi qurumlar zavodun fəaliyyətinə dəymiş mümkün ziyanla bağlı detallı məlumat açıqlamayıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət nəzarət altına alınıb.

Zavod Volqa bölgəsinin mühüm sənaye obyektlərindən biri hesab olunur və ona qarşı hücum Rusiyanın arxa cəbhə infrastrukturuna yönəlmiş zərbələrin davam etdiyini göstərir. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr