“Vulverhempton” İngiltərə Premyer Liqasının 18-ci turunda “Liverpul”a 1:2 hesabı ilə məğlub olub.
Moderator.az xəbər vderir ki, bundan sonra “canavarlar”ın vəziyyəti daha da ağırlaşıb. 18 turdan sonra cəmi 2 xal toplayan “Vulverhempton” İngiltərə çempionatının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bununla da klub Premyer Liqa tarixində ilk 18 turda cəmi 2 xal qazanan ilk komanda olub.
Bu göstərici əvvəlki antirekordu da geridə qoyub. Daha öncə 2020/21 mövsümündə “Şeffild Yunayted” 18 turdan sonra 5 xalla ən zəif nəticəyə imza atmışdı.