“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin idman direktoru Adrian Mierzeyevski ilə söhbəti haqda danışıb.
Rekord.az xəbər verir ki, “Foot Truck”a danışan futbolçu yığma komandaya dəvət olunmaq ehtimalından bəhs edib:
“Sabah”la müqavilə imzalamamışdan əvvəl millinin idman direktoru Adrian Mierzeyevski mənə zəng etdi. Ümumiyyətlə, milli komandanın maraq dairəsindəyəm. Çünki sol cinah müdafiəçilərimiz çox deyil, ona görə də yaxşı oynasam, milliyə dəvət edilmək şansım var. “Sabah”a keçməzdən əvvəl “Slovan”dan (Bratislava) konkret təklif almışdım. Ora getmək istəyirdim və demək olar ki, hər şeydə razılığa gəlmişdik. Amma bazarda belə olur: kimsə qəfildən yerimi tutdu”.