AZ

Keçmiş nazirin 31 milyonluq torpaq fırıldağı

Rusiyada daha bir keçmiş yüksək rütbəli məmur saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatına görə, Kızılda Tuva Respublikasının keçmiş Torpaq və Əmlak Münasibətləri naziri olmuş şəxs torpaq fırıldaqçılığında şübhəli bilinərək həbs edilib.

İstintaq müəyyən edib ki, 2018-ci ilin oktyabr ayında məmur dövlət mülkiyyətində olan torpaq sahələrinin planını təsdiqləyən qanunsuz əmrlər verib. Daha sonra sahələr hərrac keçirilmədən saxta şəxslərə icarəyə verilib və nəticədə ərazilər əmlak kimi qeydiyyata alınıb. Bununla da torpaqlar rieltorlar vasitəsilə satılıb və bu da keçmiş nazirin qanunsuz olaraq varlanmasına imkan yaradıb.

Nazirlik qeyd edib ki, bu fəaliyyətlər nəticəsində ümumi dəyəri təxminən 31 milyon rubl olan 10 torpaq sahəsi dövlət mülkiyyətindən çıxarılıb və bu da Tuva Torpaq və Əmlak Münasibətləri Nazirliyinə ciddi ziyan vurub.

Seçilən
66
50
publika.az

10Mənbələr