AZ

Nərimanovda yolda böyük TƏHLÜKƏ: Sürücü ölümdən döndü VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində sürücülər üçün ciddi təhlükə yaradan vəziyyət qeydə alınıb.

Milli.Az xəbər verir ki, Yolun ortasına asfalta basdırılmış armatur xüsusilə qaranlıq saatlarda görünmədiyi üçün avtomobillər üçün real risk mənbəyinə çevrilib.

Məlumata görə, artıq bu maneə nəticəsində bir avtomobilə maddi ziyan dəyib. Hadisə yerində nə yol təmirinə dair işarə, nə də hər hansı xəbərdarlıq nişanı mövcuddur. Bu isə vəziyyətin planlı iş deyil, açıq-aşkar məsuliyyətsizlik olduğunu göstərir.

Sual doğuran məqam isə təhlükəli armaturun yola kim tərəfindən yerləşdirildiyi və bununla bağlı hansı qurumun cavabdehlik daşıdığıdır. Sürücülərin həyatını təhlükə altına atan bu cür hallara dərhal reaksiya verilməli, məsul şəxslər müəyyənləşdirilməlidir.

Qeyd edək ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması birbaşa aidiyyəti qurumların öhdəliyindədir. Sürücülərin həyatı bu qədər ucuz sayılmamalıdır. Məsələ ilə bağlı rəsmi qurumların açıqlama verməsi və təhlükənin aradan qaldırılması gözlənilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
news.milli.az

3Mənbələr