AZ

Dulger: Almaniya ən uzunmüddətli böhran dövrünü yaşayır

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya Federativ Respublikası yarandığı gündən bəri ən uzunmüddətli böhran dövrünü yaşayır.

"Ölkə.az" xəbər verir ki, bunu Almaniya İşəgötürənlər Assosiasiyasının rəhbəri Rayner Dulger DPA-ya müsahibəsində bildirib.

"Almaniyaya qətiyyətli bir sıçrayış lazımdır, əks halda, uzunmüddətli böhran təhlükəsi var... Biz Federativ Respublika yarandığı vaxtdan bəri ən uzun sürən böhranın içindəyik", - deyə o qeyd edib.

Dulger ölkədə bürokratiyanın azaldılmasına çağırıb. O, əmindir ki, bu, vətəndaşlara inkişaf üçün daha çox azadlıq verəcək.

Onun fikrincə, xarici siyasət böhranları daxili islahatları daha zəruri edir. O, kansler Fridrix Mertsə müraciət edərək bildirib ki, iqtisadi artım olmadan effektiv xarici siyasət mümkün deyil.(Report)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
5
olke.az

6Mənbələr