AZ

“Vinisius karyeramda rastlaşdığım ən yaxşı insanlardan biridir”

“Real Madrid”in sabiq yarımmüdafiəçisi Lukas Vaskez keçmiş komanda yoldaşı Vinisius Juniorun oyun üslubu və xarakteri ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, ispan futbolçu braziliyalı hücumçunun meydandakı davranışlarının onun futbol fəlsəfəsi ilə birbaşa əlaqəli olduğunu bildirib.

34 yaşlı oyunçunun sözlərinə görə, Vinisius məsuliyyətinin fərqində olan və böyük ürəyə sahib bir oyunçudur: “Vini nə etməli olduğunu anlayacaq qədər yetkindir. O, karyeram boyunca rastlaşdığım ən yaxşı insanlardan biridir və çox böyük ürəyi var. Onun temperamentinin oyunu ilə üst-üstə düşdüyünü düşünürəm. Meydanda bir burulğan kimidir – yorulmur, daim rəqibə hücum edir, müdafiəni yarmağa çalışır”.

Təcrübəli futbolçu əlavə edib ki, gənc hücumçuya anlayışla yanaşmaq lazımdır: “Ona düşən məsuliyyəti hiss etməyi sevir. Bəzən səhvlər edir, amma bunu hamımız edirik. Əsas odur ki, ona hörmətlə yanaşaq və olduğu kimi qəbul edək”.

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

“Fənər” İtaliya millisinin üzvü ilə maraqlanır

“Aston Villa” klub rekordu təkrarlayıb - 111 il sonra

"Mançester Siti"nin müdafiəçisi "Barselona"ya keçə bilər

"Yuventus"dan inamlı qələbə

Seçilən
33
apasport.az

1Mənbələr