AZ

Lavrov hədələdi: Rusiya ordusu bu kontingenti vuracaq!

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avropadan olan “İstəklilər koalisiyasının” hərbi kontingentləri Ukraynaya yerləşdirilsə, Rusiya silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.

“Ambisiyaları sözün əsl mənasında onları kor edir: onları nəinki ukraynalılar maraqlandırmır, həm də öz əhalisinin qayğısına qalmırlar. Avropada "İstəklilər koalisiyası" formatında hərbi kontingentlərin Ukraynaya göndərilməsi ilə bağlı gedən söhbəti başqa necə izah etmək olar? Biz artıq yüz dəfə bəyan etmişik ki, belə bir vəziyyətdə onlar bizim silahlı qüvvələrimizin hədəfi olacaqlar”, - Lavrov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
axar.az

1Mənbələr