Bu ilin avqustundan bəri Almaniyaya 18-22 yaş arası təxminən 20.000 Ukrayna vətəndaşı gəlib.
Azreform.info xəbər verir ki, Bild Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatına istinadla yazır ki, yayın sonundan bəri ölkəyə 19.484 gənc ukraynalı səfər edib.
gələnlərin kəskin artması Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenkonun gənc kişilərə "hərbi vəziyyət şəraitində sərhədi sərbəst keçməyə" icazə verən açıqlaması ilə əlaqələndirilir. Bundan sonra Almaniyada qalmaq üçün müraciətlərin sayı təxminən on dəfə artaraq həftədə 100-dən təxminən 1000-ə çatıb.
Agentlik qeyd edir ki, təkcə ölkəyə giriş avtomatik olaraq müdafiə və ya uzunmüddətli yaşayış təmin etmir. Miqrasiya Rusiyanın Ukraynaya hücumlarının güclənməsi ilə üst-üstə düşüb və bu da enerji təchizatına və istilik sisteminə təsir edib.
Elvin
Azreform.info