AZ

"Wolt"la "Neptun"dan edilən sifarişin ƏDV-si "oğurlandı" - müştəri şikayətçidir

"Wolt"la "Neptun"dan edilən sifarişin ƏDV-si "oğurlandı" - müştəri şikayətçidir

"Wolt" vasitəsilə "Neptun" marketlər şəbəkəsindən sifariş edən vətəndaş ƏDV-dən məhrum olub.

AFN.az xəbər verir ki, bu barədə Leyli Axundova adlı alıcı sosial şəbəkədə yazıb. O qeyd edib ki, mağazadan 50 manat məbləğində alış edib. Sifariş zamanı fiskal çek təqdim edilməyib: "Sonradan elektron fiskal çek göndərilsə də, ƏDV geri al sistemində yoxlama zamanı çekin artıq başqa istifadəçi tərəfindən istifadə edildiyi məlum oldu. Bu səbəbdən mən ƏDV geri al hüququmdan istifadə edə bilmirəm. Hesab edirəm ki, bu hal fiskal uçot qaydalarının pozulmasıdır və alıcının hüquqlarını məhdudlaşdırır. 'Wolt'la sifariş çatdırılanda qəbzi tələb edin, ya da kuryerin yanında yoxlayın".

Qeyd edək ki, alıcı "Neptun" marketlər şəbəkəsinə yazaraq bu barədə məlumat verib. Ona bildirilib ki, mağaza qəbzi sifarişlərlə birgə kuryerə təqdim edir: "Bu məsələ ilə bağlı birbaşa 'Wolt' müştəri dəstəyi xidməti ilə əlaqə saxlamağınız xahiş olunur".

"Wolt"un sifarişini yerinə yetirən kuryer isə müştəriyə qəbzə müdaxilə etmədiyini, sadəcə sifarişləri çatdırdığını bildirib.

Seçilən
14
afn.az

1Mənbələr