AZ

Zelenski və Trampın müzakirə mövzuları açıqlanıb

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp 28 dekabr bazar günü Floridada keçiriləcək görüşdə Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) və Kiyevin nəzarətində olan Donbas ərazilərini müzakirə edəcəklər.

NOCOMMENT.az bildirir ki, bu barədə Reuters agentliyinin məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, “Zelenski və Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün bir plan hazırlamaq üçün Floridada görüşəcəklər, lakin əsas məsələlərdə ciddi fikir ayrılıqları ilə qarşılaşacaqlar”.

Reuters agentliyi Zelenskinin Florida görüşündən əvvəl yenilənmiş 20 maddəlik sülh planının şərtlərinin 90 faiz razılaşdırıldığı barədə verdiyi açıqlamaya istinad edib. Bununla belə, Kiyevin Rusiyaya ərazi güzəştləri məsələsinin hələ də həll olunmadığı vurğulanıb.

“The Telegraph” qəzeti əvvəllər Zelenskinin əlverişsiz anda zərbə aldığını bildirmişdi . Jurnalistlərin fikrincə, Ukrayna Milli Antikorrupsiya Bürosunun yeni araşdırma mərhələsi Trampla danışıqlardan əvvəl siyasətçinin “legitimliyini” sarsıdacaq.

Seçilən
44
nocomment.az

1Mənbələr