İtaliyanın Siciliya adasında Avropanın fəaliyyətdə olan ən hündür vulkanı Etna püskürüb.
Publika.az xəbər verir ki, xarici KİV təbiət hadisəsinin videogörüntülərini yayıb..
Aktivliyin pik həddində lava 300-400 metr hündürlüyə lava ilə fontan vurub. Bir neçə kilometr hündürlüyə qalxan kül sütunu qərb və cənub-qərb istiqamətində yayılaraq yaşayış məntəqələrinə tökülüb.
Qeyd olunur ki, yerli Mülki Müdafiə Departamenti sarı təhlükə səviyyəsi elan edib.