Türkiyə millisinin və “Mançester Yunayted”in qapıçısı Altay Bayındır İtaliyaya yollanmağa yaxındır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Bayındır “Roma”nın maraq dairəsindədir.
“Canavarlar” 27 yaşlı qolkiperi heyətinə qatmağı planlaşdırır. Lakin “Mançester Yunayted”in buna razı verib-verməməsi dəqiq deyil.
“Ankaragücü”, “Fənərbaxça” klublarında da çıxış etmiş Altayın ingilislərlə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi