AZ

Aurelio ''Fənər''ə geri döndü

''Fənərbaxça''nın bir qədər stajlı fanatları yəqin ki, Mehmet Aurelionu gözəl xatırlayır. Hazırda 48 yaşı olan Aurelio ''Fənər''də 2003-08-ci illərdə top qovub.

Bu klubda 222 rəsmi oyunda aktivinə 20 qol, 34 məhsuldar ötürmə yazaraq 3 dəfə çempionluq sevinci yaşayıb. Braziliyaəsilli Aurelio Türkiyədə ''Trabzonspor'' və ''Beşiktaş''da da top qovub və bu ölkənin vətəndaşlığını qəbul edərək uzun illər Türkiyə yığmasında da forma geyib. Onun ''Fənərbaxça''ya döndüyü məlum olub.

Belə ki, Aurelio ''sarı-lacivərdlilər''də akademiyanın, konkret desək, U-16, U-17 və U-19 komandalarının direktoru vəzifəsinə təyin edilib. O, bu komandaların nəticələrinə görə cavabdehlik daşıyacaq. Aurelio daha öncə 2020/21 mövsümündə İstanbul nəhəngində köməkçi məşqçi vəzifəsini icra etmişdi.

O son olaraq ötən mövsümün ilk dövrəsində ''Antalyaspor''da Əmrə Belözoğlunun köməkçisi kimi çalışmışdı.

Seçilən
19
football-plus.az

1Mənbələr