AZ

Sabiq prezident axtarışa verildi

Andrey Pavelko ilə bağlı maraqlı məlumat yayılıb. Ukrayna Daxili İşlər Nazirliyi ölkə futbol assosiasiyasının (UFA) sabiq prezidentini axtarışda olan şəxslərin siyahısına daxil edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə nazirliyin rəsmi resursunda müvafiq məlumat yerləşdirilib. Son günlər Pavelkonun saxta əlillik sənədlərindən istifadə edərək ölkəni tərk etdiyi məlum olub. O, bir müddət istintaq təcridxanasında saxlanılsa da, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmişdi. Məhz ev dustaqlığı qaydalarını pozması və ölkədən çıxması onun rəsmi axtarışa verilməsinə əsas olub.

Xatırladaq ki, Pavelko futbol meydanları üçün süni örtük istehsalı zavodunun tikintisi zamanı maliyyə fırıldaqları ilə bağlı iş üzrə əsas fiqurdu. İstintaqın məlumatına görə, qurulan sxem nəticəsində UFA-ya 9,32 milyon avro məbləğində ziyan dəyib. Sabiq prezidentin uşaq-gənclər futbolunun inkişafı üçün ayrılan vəsaitləri offşor şirkətlər vasitəsilə mənimsədiyi bildirilir.

Seçilən
19
football-plus.az

1Mənbələr