AZ

Yanğından xilas olmaq üçün özünü pəncərədən atdı

Rusiyada dəhşətli hadisə baş verib.

Publika.az "ÇP Soçi" Teleqram kanalına istinadən xəbər verir ki, Soçidə avtomobil təmiri sexində baş verən güclü yanğın nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd edilib ki, hadisə Transportnaya küçəsində baş verib. Avtomobil təmiri sexində başlayan yanğın qonşu anbarlara və başqa bir binaya yayılıb.
"Təcili yardım xidmətlərinin əməkdaşları yanğına müdaxilə ediblər. Hadisə yerində əməliyyat qrupları işləyib. 1000 kvadratmetr ərazini əhatə edən yanğının söndürülməsinə ümumilikdə 60 nəfər və 15 texnika cəlb olunub. Üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onların həyatı təhlükə altındadır",- nəşr yazıb. Paylaşımda bir qızın yanğından xilas olmaq üçün pəncərədən özünü atmasını əks etdirən video da yerləşdirilib.

Tural

Seçilən
38
50
publika.az

10Mənbələr