İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Pep Qvardiola növbəti dəfə televiziya çəkilişi zamanı teleoperatorla mübahisə yaşayıb.
İdman.Biz xəbər verir ki, bu dəfə ispaniyalı mütəxəssis komandasının qələbəsindən sonra azarkeşlərlə birlikdə sevinmək istəyərkən teleoperatorun ona çox yaxınlaşması və çəkilişi davam etdirməsi narazılığa səbəb olub. Nəticədə Qvardiola operatoru kənara çəkməyə məcbur olub.
Hadisə tribunalar qarşısında baş verib və sosial şəbəkələrdə sürətlə yayılıb. Azarkeşlər bu görüntüləri Pepin emosional xarakterinin növbəti təzahürü kimi qiymətləndiriblər.
Qeyd edək ki, Qvardiolanın operatorlarla bu cür görüntüləri daim gündəm mövzusu olur.