AZ

El Pais : ABŞ 2025 ci ildə Avropa ilə ittifaqını pozub

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ 2025-ci ildə Avropa ilə uzunmüddətli ittifaqını pozub.

Bu, İspaniyanın "El Pais" qəzetində qeyd olunub.

"Ötən ilə nəzər saldıqda, dövrümüzün simvolu olmaq üçün bir xəbər kifayət edir: 2025-ci ildə ABŞ Avropa ilə ən uzunmüddətli, 80 illik ittifaqını pozdu", - müəllif yazıb.

"Amerika qoşunları hələ çamadanlarını toplayıb bazalarını tərk etməyib. Şimali Atlantika alyansı kağız üzərində mövcuddur", - məqalədə vurğulanıb.

Donald Trampın ABŞ Prezidenti postunda ikinci müddəti avropalılara qarşı düşmənçiliklə xarakterizə olunur. Bundan əlavə, nəşr vurğulayıb ki, bu mərhələdə Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinin boş bəyanatdan başqa bir şey olub-olmaması şübhə doğurur.

ABŞ-nin dekabrın 5-də yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında, xüsusilə, Avropanın 20 ildən sonra tanınmaz olacağı ilə bağlı narahatlıq ifadə edilir. ABŞ administrasiyası bu baxımdan bir sıra Avropa ölkələrinin Ağ Evin etibarlı müttəfiqi olaraq qalmaq üçün müvafiq iqtisadi və hərbi potensiala malik olacağına şübhə ilə yanaşıb.

Daha əvvəl Tramp dəfələrlə Avropanı tənqid edib. "Politico" nəşrinə müsahibəsində bildirib ki, o, Avropa ölkələrinin aparıcı siyasətçilərinin indiki tərkibini bəyənir. Lakin Amerika liderinin fikrincə, onlar işlərinin öhdəsindən pis gəlirlər. O, gələcəkdə daha uyğun hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcəyini qeyd edib. Tramp həmçinin Avropa ölkələrinin miqrasiya siyasətini yenidən tənqid edib, bu siyasətin onların çoxunu gələcəkdə yaşanmaz dövlətlərə çevirəcəyini bildirib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
cebheinfo.az

3Mənbələr