AZ

La Liqanın Hakimlər Komitəsi mövsümdə 10 səhvi etiraf edib

İspaniya La Liqasının Hakimlər Komitəsi cari mövsümün 17 və 18-ci turlarının yekununa əsasən hakimlər və VAR sistemi tərəfindən yol verilmiş 10 səhvi rəsmi şəkildə etiraf edib.

İdman.Biz xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, ən çox səhv qərar Madrid “Atletiko”sunun xeyrinə qeydə alınıb - iki epizod. “Barselona” və “Real”ın iştirak etdiyi matçlarda isə hərəsində bir səhv müəyyən olunub.

Xüsusilə “Barselona” - “Malyorka” (3:0) görüşündə katalonların ikinci qol epizodunda top müdafiəçinin başına dəydikdən sonra həmin futbolçu qazonda qalmasına baxmayaraq oyun dayandırılmayıb. Komitənin rəyinə görə, bu vəziyyətdə hakim oyunu saxlamalı idi.

“Real Sosyedad” - “Real” (1:2) matçında isə referi Din Heyseni səhvən qırmızı vərəqə ilə cəzalandırıb, halbuki bu epizodda sarı vərəqə kifayət etməli idi.

Bununla yanaşı, düzgün qərarlar da qeyd olunub. “Barselona”nın iştirak etdiyi oyunlarda iki düzgün hakim qərarı təsdiqlənib. Onlardan biri katalonların xeyrinə olub - “Betis”in müdafiəçisi Mark Bartranın əllə oynamasına görə penalti təyin edilməsi. Digər düzgün qərar isə katalonların əleyhinə olub - “Osasuna” ilə matçda Ferran Torresin vurduğu qolun ləğv edilməsi.

İdman.Biz
Seçilən
24
idman.biz

1Mənbələr