AZ

Suriyada etiraz aksiyaları keçirilib, təhlükəsizlik qüvvələrinə hücum ediblər

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Suriyada etiraz aksiyaları zamanı yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Suriyanın Latakiya vilayətində daxili təhlükəsizlik qüvvələri idarəsinin rəhbəri Abdel Əziz əl-Əhməd məlumat verib. Onun sözləri ərəb respublikasının Daxili İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.

Bəyanata əsasən, keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə əlaqəli olduğu iddia edilən şəxslərin təşkil etdiyi nümayişlər zamanı Latakiya və Cəblə şəhərlərində daxili təhlükəsizlik idarəsinin əməkdaşlarına hücum ediblər. Bildirilir ki, hücumlar nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb, hüquq-mühafizə orqanlarına məxsus bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, daha əvvəl ərəb KİV-ləri Suriyanın qərbində yerləşən Latakiya və Tartus vilayətlərində etiraz aksiyalarının keçirildiyini xəbər vermişdi. Syria TV telekanalının məlumatına görə, aksiyalara Suriyanın Ali Ələvi İslam Şurasının rəhbəri şeyx Qazal Qazal çağırış edib. Qeyd olunub ki, nümayişlərdə silahlı şəxslər də iştirak edib, onlar havaya atəş açıb və yeni hakimiyyətə tabe olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahdan istifadə ediblər. Etirazçılardan bəziləri Suriyanın Al-Ikhbaria telekanalına verdikləri açıqlamada yeni hakimiyyət tərəfindən əvvəllər saxlanılmış fəalların azad edilməsini tələb etdiklərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
3
apa.az

4Mənbələr