AZ

Şevçenko: “Rusiyanı dəstəkləyən ölkələr yarışlardan kənarlaşdırılmalıdı”

Öz dönəminin mühüm oyunçularından biri, postsovet məkanından “Qızıl top”u qazanan son futbolçu olan, hazırda Ukrayna Futbol Federasiyasının prezidenti vəzifəsini icra edən Andrey Şevçenko son açıqlamalarıyla diqqəti çəkib.

"Football-plus.az" xəbər verir ki, Ukraynada yaşanan məlum hadisələr üzündən Şevçenkonun tez-tez siyasət mövzusuna toxunması başadüşüləndi. O, bu günlərdə yenə siyasətdən danışıb - Ukraynanın ev oyunlarını başqa meydanlarda keçirmək məcburiyyətində qalmasından, Roman Abramoviçin “Çelsi”nin stıtşından əldə etdiyi pulun aqibətindən və digər məqamlardan.

Xatırladaq ki, Böyük Britaniya hökuməti Abramoviçdən xahiş edib ki, “Çelsi”nin satışından əldə olunan 2,34 milyard funt sterlinqin Ukraynaya humanitar yardıma köçürülməsinə razılıq versin. Həmin pul hazırda Britaniyada dondurulub və Abramoviç ondan istifadə edə bilmir.

Şevçenkonu dinləyək:
“Ukraynanın hər dəfə ev oyunlarını başqa stadionlarda keçirməsinə böyük pullar xərcləyirik. Bunun qarşılığında isə həmin stadionları azarkeşlərlə doldurmaq imkanımız olmur. Bizim üçün ev matçının başqa stadionda keçirilməsi təxminən 5 dəfə baha başa gəlir. Sponsorlar isə müharibə gedən ölkədə yerləşirlər. Onların resursları çərçivə daxilindədi. Mən hökumətin yanına gedib onlardan pul tələb edə bilmərəm. Biz yalnız öz büdcəmiz imkan verdiyi qədər hərəkət edə və ya başqa sosial layihələrdən əldə etdiyimiz gəlirlərə bel bağlaya biiərik. Abramoviç? Mənim onunla artıq heç bir münasibətim yoxdu. Bu mövzu haqda qəzetlərdən oxumuşam. Amma son detallar barədə məlumatlı deyiləm. Bu, onunla Britaniya höküməti arasında olan bir məsələdi. Ancaq aydın məsələdi ki, Abramoviç (Ukraynada müharibədən əziyyət çəkənlərin hesabına) bu pulları göndərməlidi. Rusiya və Belarusdan olan idmançıların 2026-cı il Olimpiya Oyunlarına buraxılması barədə nə düşünürəm? Rusiyanı dəstəkləyən bütün ölkələr idman yarışlarından kənarlaşdırılmalıdı. Ən azı Rusiyanın Ukraynaya hərbi təcavüzü davam etdiyi müddətdə belə olmalıdı. Biz belə ölkələrə hərtərəfli təzyiq göstərməliyik”.
Seçilən
31
football-plus.az

1Mənbələr